Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirildi - Fotolar

Xalqın səsi

08 Noyabr 2020 14:49 1426


İngiltərənin paytaxtı Londonda soydaşlarımız Şuşanın işğaldan azad olunması şərəfinə aksiya keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a Londonda yaşayan soydaşlarımız məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə bir sıra kəndlər və strateji yüksəkliklər azad edilib. 

Bu gün, noyabrın 8-də isə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun 28 ildən sonra Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı düşmən işğalından azad etdiyini elan edib. Pepperoni pizza

Şuşanın işğaldan azad edilməsi şərəfinə Londonda yaşayan soydaşlarımız hazırladıqları üçrəngli şanlı Azərbaycan bayrağını London parkında sərgiləyərək aksiya keçiriblər.

Bayrağın uzunluğu 15 metr, eni isə 4 metrə yaxındır. Həmin möhtəşəm görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!