“Lotos” Ticarət Mərkəzində də sahibkarlar sığortalanmayıb.
Bu barədə ticarət mərkəzində çalışan sahibkarlar-satıcılar məlumat verib. Onlar deyiblər ki, yaxınlıqlarında yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğından narahatdılar. Onlar da mallarını sığortalatmaq istəsələr də sığorta şirlətləri müxtəlif bəhanələr gətirib:
“Biz yanğından öncə də müraciət etmişdik sığorta üçün. Bizə müxtəlif bəhamələr gətirdilər. Dedilər ki, sizin “kupça”nız yoxdur, VÖEN-iniz yoxdur. Sonra başqa bir sığorta şirkətinə dedik onlar da dedilər ki, biz paltarları sığortalamırıq. Bu gün burda da yanğın olsa bizim də pullarımız batacaq. pizza hut
Dövlət sığorta sistemi haqqında düşünməlidir, onlara təzyiq və təsir etməlidir. Əks halda bizim problemimiz həll olası deyil. Ticarət Mərkəzinin birinci mərtəbəsində arenda qiyməti fərqlidir, ikinci mərtəbədə kvadratmetri 20 manatdır. Ayda 800 manat arendaya pul verirəm, üstəgəl də 10-15 min manatlıq malım var. Təlaşdayam. Yanan bina ilə bağlı məsələlər yoluna qoyulsun biz bu məsələni qaldıracıq. Rəhbərliyə də demişik. Rəhbərliyimizin nə addımlar atacağı haqqında məlumatımız yoxdur”.
Bizimyol.info
Telegram kanalımız