“Lotu Quli”nin adamı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli”nin adamı həbs olundu

Kriminal

29 Yanvar 2019 21:49 1171


Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun tərəfdarı Ukraynanın Donetsk əyalətində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Donetsk vilayətinin polis rəisi Artyom Kisko öz feysbuk hesabında məlumat yayıb. O, Gürcüstan vətəndaşı olan şəxsin Mariupol şəhərində keçirilən ad günü məclisində saxlanıldığını, onun Ukraynaya "Lotu Quli”nin tapşırığı ilə gəldiyini bildirib.

Kisko qeyd edib ki, saxlanılan şəxs Poltavada soyğunçuluq etdiyinə görə beynəlxalq axtarışda olub və bu səbəbdən Ukraynaya başqa ad, soyadla gəlib. Polis rəisi onu da bildirib ki, adı açıqlanmayan şəxs hazırda istintaq təcridxanasındadır. Dominos pizza

Qafqazinfo.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!