Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”

saytların hazırlanması

Evə çatdırılma

Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”

Siyasət

06 Mart 2023 14:31 849


“ABŞ Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsinin tərəfdarıdır”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono deyib.

Lui Bononun sözlərinə görə, ABŞ sülh prosesinə dəstək verir. Dominos pizza

Baş müşavir bildirib: "Sülh müqaviləsi dayanıqlı olmalıdır. Onun təşəbbüskarı ABŞ və ya digər dövlətlər deyil, tərəflərin özləri olmalıdır. Bizim məqsədimiz tərəflər arasında ünsiyyəti təmin etməkdir". 

L. Bono Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi barədə xəbərdar olduğunu qeyd edib. Bununla belə, onun fikrincə, vasitəçilik formatından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

ABŞ Dövlət Departamentinin baş müşaviri Bakıda görüşlər keçirdikdən sonra sabah İrəvana yola düşəcəyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!