Lukaşenko Azərbaycan liderinə məktub ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Azərbaycan liderinə məktub ünvanladı

Rəsmi

25 Mart 2025 11:12 625


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az  xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Dominos pizza

Hörmətli İlham Heydər oğlu.

Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!