Lukaşenko: Baltikyanı ölkələr təxribat hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Baltikyanı ölkələr təxribat hazırlayır

Dünya

23 Yanvar 2024 14:18 523


Qərb ölkələri Belarusa qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayır.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarları təsdiq edərkən müvafiq bəyanatla çıxış edib. pizza hut

Lukaşenkonun sözlərinə görə, bu qərarlar “xüsusi vəziyyət”ə görə zəruridir:

“Cənubda müharibə (Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə - red.), qərbdə bundan da pis, Polşa, Litva, Baltikyanı ölkələr var. Vurğulayıram, daha da pis. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”.

Ötən həftə Lukaşenko bildirib ki, Belarus artıq tam müstəqil şəkildə təkcə “Polonez” raket sistemlərini deyil, həm də onlar üçün sursat istehsal edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!