Lukaşenko çağırışında nə qədər səmimidir? -   “Rusiyanın rəğbətini qazanmağa çalışır“

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko çağırışında nə qədər səmimidir? - “Rusiyanın rəğbətini qazanmağa çalışır“

Siyasət

04 İyul 2022 09:40 1000


"Lukaşenko Rusiyanın rəğbətini qazanmağa çalışır". 

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əhməd Əlili deyib.

O, Belarus prezidenti Aleksandr Lukaşenkonun son bəyanatına rəy bildirib. pizza sifarişi

Xatırladaq ki, Lukaşenko keçmiş postsovet ölkələrini vaxt itirmədən Rusiya və Belarusun yaratmağa sə göstətdiyi "İttifaq Dövləti"nə qoşulmağa çağırıb.

"Belarus lideri Lukaşenko ardıcıl olaraq belə bəyanatlar səsləndirir. Bu ittifaq Lukaşenkonun maraqlarına uyğun deyil, məcburiyyətdən yaradılır.

Obu ittifaqda Rusiya ilə birgə olmaq istəmir. Hazırda Rusiyada baş verən proseslər Lukaşenkonu özünə mümkün qədər çox tərəfdaş tapmağa sürükləyir. Bu ittifaqa nə qədər çox ölkə qoşularsa, Lukaşenkonun atdığı addım rasional görünəcəkdir"

Ə. Əlili qeyd edib ki, Rusiya da bu cür bəyanatların verilməsində maraqlıdır.

"Amma Rusiyanın Belarusdan bir sıra tələbləri vardır. Lukaşenko isə bu tələbləri yerinə yetirə bilmədiyinə görə belə aciz bəyanatlar verir və sadəcə Rusiyanın rəğbətini qazanmağa çalışır". 

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!