Lukaşenko Zelenskini hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Zelenskini hədələdi

Siyasət

17 Mart 2022 16:16 651


“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vlodomir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir”. 

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o, kapitulyasiya aktına imza atmalı olacaq”, - dövlət başçısı bildirib. pizza hut

Belarus lideri Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəyini vurğulayıb:

“Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!