“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular - Foto

Avto

28 Sentyabr 2019 18:22 2010


Haldun Novruzzadə adlı vətəndaş "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətçi olub. Sürücü "Facebook"da bu barədə paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, sürücüdən nə az, nə çox düz 30 manat artıq pul alıblar. Şikayətçi bildirib ki, "Hyundai Elantra" 2014 avtomobilinə benzin çəni 43.5 manat (48 litr) tutduğu halda "Lukoyl" şirkətinin Bakı-Sumqayıt yolunda yerləşən 4 saylı yanacaqdoldurma məntəqəsi nə az, nə çox 76 litr, yəni 69 manatləq yanacaq vurublar.

"Hələ çəndə 10 manatlıq da yanacaq olub. Bax belə aldadırlar insanları. Bununla bağlı şirkətin qaynar xəttinə şikayət etmişəm, deyiblər “gəl 30 manatını götür”. Lukoil ölkədə ən çox vətəndaşı aldadan yanacaq doldurma məntəqəsidir. Utanmasalar deyərlər sənin maşının çəni deşikdir" - deyə vətəndaş şikayətində bildirib.   Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!