Lüks avtomobil istehsalçısı müflis oldu

saytların hazırlanması

Evə çatdırılma

Lüks avtomobil istehsalçısı müflis oldu

Avto

15 Aprel 2025 01:22 2720


Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “İsdera” müflis olduğunu elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Az miqdarda bahalı sifarişli avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur ki, fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil mühəndis-konstruktoru Eberhard Şulz tərəfindən təsis edilib. Sezar pizza

“İsdera” avtomobilləri hərraclarda 1 milyon avrodan çox qiymətə satılır. Məsələn, “Commendatore 112i” modeli 2021-ci ildə 1,2 milyon avroya satılıb. 2016-cı ildə Şulz “İsdera”nı elektrik avtomobilləri hazırlayan “Sinfonia Automotive AG” şirkətinə satıb. Lakin yenə uğurlu nəticə əldə olunmayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!