Lüks ev, bahalı maşın... - Qatil bu qədər pulu haradan alıb?

saytların hazırlanması

Evə çatdırılma

Lüks ev, bahalı maşın... - Qatil bu qədər pulu haradan alıb?

Yazar

13 Fevral 2024 22:09 32466


ARB-də ailə üzvlərini qətlə yetirən gəncin qohumları danışır. Onları dinlədikcə dəhşətə gəlirəm: 

-:Ayrıca ev almışdılar ki, rahat yaşasın. 

- Maşın almışdılar ki, sürüb kef eləsin.  Marqarita pizza

- Hər gün cibinə 30 manat qoyurdular ki, yeyib-içib kef eləsin. 

- Psixi xəstə olsa da, xəstəxanaya qoymurdular ki, sağlam insanlarla birgə yaşasın, dost-tanışdan utanmasın. 

- 15 yaşı olanda adam bıçaqlamışdı. Cəza çəkməyə qoymadılar ki, türmədə çürüməsin. 

- "Prava" alıb vermişdilər ki, maşınla başını qatsın. 

- Uşaq vaxtından idmana qoymuşdular ki, ağıldan kəm olsa da, qoldan güclü olsun.

Yəqin xəbəriniz var, bu gün Bakıda ailə soyqırımı baş verib. Soyqırımı törədən özgəsi deyil, ailənin doğmaca oğludur. 24 yaşlı Əhməd Əhmədov əvvəlcə 27 yaşlı bacısını və onun azyaşlı qızını, sonra isə atasını, anasını və 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Qohumlarının ARB-yə danışdıqlarına əsaslanaraq, qatilin portretini yuxarıda az da olsa çızmağa çalışdım. Biqeyrət oğuldan bundan artıq nəsə gözləməyə dəyməz. Narkomandır, dəlidir, harındır, hər nə zibildir, bunu istintaq müəyyən edəcək. Çox istərdim ki, istintaq bu suallara da cavab tapsın:

- Psixi xəstə olan şəxs hansı yollarla xəstəxanada yatmaqdan canını qurtara bilib? 

- Psixi xəstə necə sürücülük vəsiqəsi ala bilib? 

- 15 yaşı olanda adam bıçaqlayan Əhmədi kim məsuliyyətdən xilas edə bilib? 

- Ağıllı adamların bir tikə çörəyə möhtac olduğu bir ölkədə heç yerdə işləməyən bir dəli necə lüks evə və bahalı maşına sahib ola bilib?

Qətlin sirri bu sualların altında gizlənib. Pərdəni qaldırsaq, əsl həqiqət üzə çıxacaq...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xanlar
    Atası və anasi özlərinə laiq övlad böyütməklə layiq olduqları mükafatları alıblar. Hüquq mühafizə orqanları Əhmədə bu şəraiti yaradan şəxsiyətsizlərlə məşgul olmalıdırlar. İnşallah bu kimi hadisələr bir gün onlarında başlarında çatlayacaq.
    2 years ago
  • Ellada
    Vaxtında cezasını vermək lazım idi .
    2 years ago
  • Safura
    Siz ne bilirsin kimdiler necediler nece olub bele biyabirciliq olmaz Valideynleri qazanirdi ve o valideynlerde yoxluq cekmiyobler nesilleri kökleri pullu adam olublar. Könül bulandirmayin
    2 years ago