“Maaş artımı ciddi inflyasiyaya səbəb olacaq“

saytların hazırlanması

Evə çatdırılma

“Maaş artımı ciddi inflyasiyaya səbəb olacaq“

İqtisadiyyat

11 Fevral 2019 19:09 1275


“ABŞ-da 8 il FED rəhbəri olmuş Ben Bernanke 2008-ci il böhranından sonra məşhur bir çıxış etmişdi. Demişdi ki, məndən olsa ABŞ əhasinin başına vertolyotla pul səpərəm. Ölkə əhalisinin istehlak vərdişlərini bildiyim üçün əminəm ki, göydən tökülən pulu toplayan ABŞ vətəndaşları həmən  vəsaiti xərcləməyə yönələcək, özünə maşın, ev, paltar, texniki ləvazimat alacaq, tətilə çıxacaq, ölkəni gəzəcək - beləliklə də həmin vəsait iqtisadiyyatı canlandıracaq”.

"Yeni Sabah" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli “Facebook” hesabında paylaşıb. 

“O  deyirdi ki, ölkə o qədər böyük həcmdə mal və xidmət istehsal edir və satır ki, göydən tökülən pullar inflyasiyaya cüzi təsir edəcək, bu da yaxşıdı, 4-5%-lik illik inflyasiya iqtisadiyyatı qızışdıracaq, stimullaşdıracaq.  pizza sifarişi

O zaman Bernankenin bu çıxışı dünyada akademik çevrələr tərəfindən ciddi müzakirə olundu, hətta bəzi ölkələr kiçik eksperimentlər də etdilər. Məsələn, Finlandiya hər vətəndaşına 1000 avroya qədər birdəfəlik yardım kimi pul payladı, həmin vəsait ticarəti canlandırdı. İsveçrədə isə məsələ referenduma çıxdı, hər bir vətəndaşa dövlət 2300 dollar birdəfəlik yardım vermək məsələsini səsverməyə çıxartdı, nəticədə insanlar bu təklifin əleyhinə səs verdilər, puldan imtina etdilər. Qısası: Mal və xidmət istehsalı, satışı bolluğu olan ölkələrdə bu məsələ ciddi müzakirə olundu. 

Azərbaycanda minimum əmək haqqı 180 manat oldu. Buna az, ya da çox kimi baxmaqdansa iqtisadiyyatın strukturuna baxmaq lazımdır. Hamı istər ki, ölkədə maaşlar yüksək olsun, müəllim-həkimlər, məsələn, 2000 manat maaş alsınlar. Tutalım, dövlət də belə bir addım atdı, büdcədən maliyyələşən 900 min işçiyə 2000-3000 maaş verdi. Özəl sektor nə etsin? Özəldə rəsmən 600 min çalışanın maaşını necə ayırsın? O zaman da özəl sektor qiymətləri 5-6 dəfə qaldırmalı olacaq, bir fincan kofe 20 manat, bir dönər 10 manat, 1 kq kartof 5 manat, 1 çörək 1,5 manat olacaq. Ölkənin idxaldan asılılığını nəzərə alsaq, dollar da 8-10 manat olacaq. Yəni, bu gün 500 manat maaş alan həmin pula nə mal-xidmət alırdısa, indiki sistem qalsa və 2000 manat maaş alsa yenə həmin həcmdə mal-xidmət alacaq.

Bəs nə etmək lazımdır ki, maaşlar artsın, amma qiymətlər kəllə-çarxa çıxmasın?!

Bu yerdə yenə gəlirik məsələlərin kökünə, məğzinə, bunun üçün rəqabətli mühit, istehsal və xidmətin normal təşviq modelləri, azad məhkəmə, ədalətli oyun qaydaları - bir sözlə mal və xidmətlərin bolluğuna xidmət edən idarəetmə sistemi lazımdır. Yəni, hətta xoş niyyətli hökumətlər belə altyapı qurmadan populistcəsinə maaş artırsalar, bu, ancaq bir nəticəyə - ciddi inflyasiyaya səbəb olacaq.

Bernanke misalı Azərbaycanda vertolyotdan pul səpsən ölkənin gələcəyinə güvən olmadığı üçün orta statistik azərbaycanlı həmən həmin pula dollar alıb ölkədən çıxartmağa, İstanbulda obyekt, Batumda ev almağa, Moskvada köşk açmağa çalışacaq”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!