Maaş və pensiyalar nə qədər artacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Maaş və pensiyalar nə qədər artacaq? - Açıqlama

Sosial

13 Sentyabr 2024 14:35 2972


Məlum olduğu kimi, minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-nə qədər təkliflər təqdim olunacaq. Həmin təkliflər müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2025-ci ilin büdcə paketi çərçivəsində baxılıb müzakirə ediləcək.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, noyabr ayında büdcə zərfinə baxılması prosesi başlayacaq, dekabrda isə 2025-ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcə müzakirələri zamanı minimum əmək haqqının artırılması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım da gözləniləndir:

“Yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də, artımın olması dəqiqdir. Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8-10 faiz olacağı gözləniləndir”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!