Maaşlar qalxdı,cərimələr və vergilər də artacaq - Şərh

saytların hazırlanması

Evə çatdırılma

Maaşlar qalxdı,cərimələr və vergilər də artacaq - Şərh

İqtisadiyyat

09 Fevral 2019 17:57 1844


“Ölkədə maaş artımı ilə təqaüd artımını bir-birindən ayırmaq lazımdır. Minumum əmək haqqının 130 manatdan 180 manata qalxması o deməkdir ki, ölkədə bundan aşağı əmək haqqı yaza biləcək özəl sektor və ya dövlət büdcəsindən maliyyələşən qurumlar ola bilməz”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekpert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu, əsasən büdcə təşkilatlarında çalışanların maaş hesablamalarına  təsir göstərəcək:

“180 manatdan aşağı əmək haqqı yazılması mümkün olmayacaq. Rəsmi statistikaya görə, ölkədə təqribən 600 minə yaxın insan  minimum əmək haqqı alır. Yəni 180 manatdan aşağı maaş alanlarının hamısının əmək haqqısı qaldırılacaq. Məsələnin digər tərəfi odur ki, ölkədə bəzi vergi növləri, cərimələr, bir çox  məsələlər minimum əmək haqqına görə hesablanır. Dəyişiklik bir də onlara aid olacaq. Məsələn, vergidə minimum əmək haqqının 20% -dən 50%-ə qədəri Sosil Müdafiə Fonduna ödəmələr var. Onlar artacaq. Özəl sektorda çalışanların, VÖEN-lə çalışanların ödəmələrində dəyişiklik olacaq. Bundan başqa məhkəmə cərimələri də var. Vergi yoxlamaları zamanı minimum əmək haqqının  110%-i , əmək haqqının ikiqatı , üçqatı, beşqatı tutulan cərimə növləri var. Bu növ cərimələr də artıq minimum əmək haqqı 180 manat oldu deyə, martın 1-dən  buna görə hesablanacaq. Hüquqi tərəfdən təsir mexanizmləri bundan ibarətdir”. Pepperoni pizza

İqtisadçı bu artımın təqaüdlərə nə dərəcədə aidiyyatı olduğundan da danışıb:

“Təqaüd artımı isə tam ayrı məsələdir. Təqaüd artımı keçən ilə nisbətən  orta gəlirliliyin artmasına görə indeksləşdirilib. Keçən il orta gəlirlilik təqribən 2.7-2.8% oldu. İndi təqaüdlərin indeksləşməsi 3% -ə qədər olacaq. Əlavə olaraq dövlət büdcəsindən maaş alanların əmək haqlarının indeksləşməsi olacaq ki, bu da 3% civarındadır. Söhbət büdcədə çalışanlardan, büdcədən əmək haqqı alanlardan  gedirsə, onların minimum əmək haqqı artdı deyə, minimum maaşlar 180 manat olacaq və 3%- ə qədər də indeksləşmə aparılacaq. Özəl sektora isə indeksləşmənin birbaşa aidiyyatı yoxdur. Çünki özəl sektor bunu həyata keçirməyə də bilər. Amma özəl sektorun da 180 manatdan aşağı maaş vermək ixtiyarı  olamayacaq”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!