Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasının ratifikasiyası üçün səsvermə tarixini təyin edib.
Yenisabah.az xəbər verir ki, bu, deputatlar tətildən qayıtdıqdan sonra, yaz sessiyasında olacaq.
Bu barədə “Fidesz” parlament fraksiyasının lideri Mate Kosiç danışıb. Dominos pizza
O bildirib ki, fevralın 26-da keçiriləcək iclasda İsveçin Şimali Atlantika Alyansına daxil olmasının ratifikasiyası məsələsi gündəliyə daxil ediləcək və hakim partiyanın deputatları onu dəstəkləmək niyyətindədirlər.
Ötən həftəsonu Macarıstanın baş naziri Viktor Orban da bildirib ki, parlament bu məsələyə fevralın 26-da baxacaq.
Telegram kanalımız