“Tələblərin yerinə yetirilməsi Türkiyənin qlobal miqyasda böyük uğur qazandığının sübutudur”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, iyunun 28-də Madriddə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb. Müəyyən öhdəliklər götürməsi qarşılığında rəsmi Ankara iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmasına razılıq verib. Sezar pizza
Elçin Mirzəbəyli bu mövzuya şərhində bildirib:
“Sənəddə əks olunandan əlavə, Türkiyənin bir sıra tələbləri var idi. Uzun illər idi ki, İsveç, Finlandiya və ABŞ-ın dolayı yolla PKK, PYD və digər bu kimi terror təşkilatları dəstəkləyir və himayə edirdi və Türkiyə buna etirazını bildirirdi. Finlandiya ilə İsveçin NATO üzvlüyünə qəbul olunmasına şərt kimi qoyulan əsas tələblərdən biri həmin ölkələrin bu fəaliyyətlərdən əl çəkməsi idi”.
Həmçinin, NATO müttəfiqlərinin Türkiyə ilə münasibətlərdə daha səmimi davranmaları, Türkiyəyə qarşı qoyulmuş silah qadağasının qaldırılması tələb olunurdu. Bu cür məqamlar həm Türkiyənin təqdim etdiyi prinsiplərdə yer alıb, həm də sözügedən ölkələrin hökumətlərinə çatdırılıb.
Memorandumun imzalanması mahiyyət etibarilə Türkiyənin tələblərinin qəbul, Türkiyənin NATO-da əvəzolunmaz güc mərkəzi olduğunu sübuta yetirir. Tələblərin yerinə yetirilməsi bunu deməyə zəmin yaradır ki, Türkiyə indiyədək irəli sürdüyü bütün iddialarda haqlı imiş”.
E. Mirzəbəyli əlavə edib: “Qənaətimə görə, İsveç və Finlandiyanın tələbləri yerinə yetirməsi Türkiyənin yalnız NATO çərçivəsində deyil, qlobal miqyasda böyük uğur qazandığının sübutudur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız