Maduro diplomatları geri çağırdı

Maduro diplomatları geri çağırdı

Dünya Veb saytların hazırlanması

25 Yanvar 2019 12:14 853


Venesuelanın ABŞ-dakı bütün diplomatik heyəti geri çağırılıb.

“Yeni Sabah” xəbər verir ki, Nikolas Maduro bu barədə qərar imzalayıb. Bu gün keçirilən mətbuat konfransında ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes qanuni hakimiyyətə, demokratiyaya Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edib. O, bundan əvvəl ordunun Xuan Quaydonu prezident kim tanımadığını bildirmişdi.

Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib. Hazırkı Prezident Nikolas Maduro bunu Vaşinqton tərəfindən təşkil olunmuş dövlət çevrilişi kimi qiymətləndirib və ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib.

Ölkənin bütün bölgələrini əhatə edən aksiyalar keçirilir, ölən və yaralananlar var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!