Mağazadan alınan toyuğun içərisindən buz çıxdı - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı - İDDİA

Sosial

14 Mart 2025 01:34 769


Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, "Lebro" broyler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə, müştəri toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dondurulmuş ət məhsullarının, xüsusilə toyuğun içərisinə buzun doldurularaq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Pepperoni pizza

E.Hüseynov onu da vurğulayıb ki, bu cür hallara daha çox xaricdən gətirilən dondurulmuş ət məhsullarında rast gəlinir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu cür hallarla qarşılaşanlar dərhal quruma məlumat versinlər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!