Mağazalara pul “atan” qızın Videosu

saytların hazırlanması

Evə çatdırılma

Mağazalara pul “atan” qızın Videosu

Kriminal

03 Fevral 2019 00:17 1350


Yanvarın 31-də Bakıdakı geyim dükanlarından birində oğurluq hadisəsi baş verib. 

Mağazaya daxil olan tibbi maska taxmış qız oradan 8 manatlıq corab alır. Daha sonra corabın pulunu ödəmək üçün pulqabısından 100 manat çıxarır, amma ödənişi etmədən pulu qaytarıb yerinə qoyur.

Guya ödəniş etmiş kimi kassadan 92 manat qalıq pul götürüb oranı tərk edir. Mağaza əməkdaşları kassaya baxanda məlum olur ki, müştəri heç bir ödəniş etmədən 92 manat pulu oğurlayıb. Hər şey bununla da bitmir. Mağazanı tərk edən oğru yolda dayanan taksiyə minib oranı tərk edir. Yolboyu “28 May” metrostansiyası ətrafında yerləşən bir neçə dükanın qarşısında taksini saxladıb eyni oğurluğu təkrar edir. Lakin işi bitdikdən sonra taksi sürücüsünün pulunu vermədən aradan çıxır. Sezar pizza

Qeyd edək ki, oğru qızın bu əməlləri müşahidə kameraları vasitəsilə lentə alınıb.

Primetime.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!