Mağazanın damını deşib talan etdilər

saytların hazırlanması

Evə çatdırılma

Mağazanın damını deşib talan etdilər

Kriminal

26 Yanvar 2019 23:36 1223


Tərtər rayonunda oğurluqla məşğul olan iki nəfər  saxlanılıb.

“Yeni Sabah”ın  verdiyi məlumata görə, bir qrup Tərtər rayon sakini müxtəlif vaxtlarda RPŞ-yə müraciət edərək onlara məxsus evdən və mağazadan oğurluq olunması barədə məlumat verib.

Məlumatla əlaqədar Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Davam etdirilən tədbidlərlə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Cavidan Bədəlov və bir yeniyetmə saxlanılıb. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq Mübariz Əhmədova məxsus evdən ümumilikdə  642 manat dəyərində ev əşyalarını və Çingiz Hüseynova məxsus mağazadan isə 650 manat dəyərində pul, siqaret və kontur oğurladığı müəyyən edilib. pizza

Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməlini etiraf edib.

Hər iki faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!