Magistratura üzrə sınaq imtahanının nəticələri elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Magistratura üzrə sınaq imtahanının nəticələri elan olundu

Sosial

28 Yanvar 2026 15:30 437


Dövlət İmtahan Mərkəzi yanvarın 18-də keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanı modelinə uyğun sınaq imtahanının yekun nəticələrini elan edib.

"Yeni Sabah" xəbər verir ki, sınaq imtahanında bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunub.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!