Mahir Emreli niyə oynamır? - Səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli niyə oynamır? - Səbəbi bəlli oldu

İdman

24 Sentyabr 2025 18:55 532


Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern" klubunun heyətinə düşə bilmir.

Yenisabah.az xəbər verir ki, komandanın baş məşqçisi Torsten Liberknext bunu belə əsaslandırıb:

“Mən həmişə yaxşı çıxışı mükafatlandırmaq istəyirəm. Hazırda Mahirin mütləq oynamalı olduğunu düşünmədim. Komanda hazırda bir dinamika tutub. Belə hallarda arxa planda qalmalı və heyətə qayıtmaq üçün çalışmalısan”. pizza sifarişi

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə eyni zamanda bunlar da qeyd edilib:

"Emreli daha öncə əvvəlki klubu "Nürnberq"də də oxşar problemlər yaşamış, komandada bir qədər təcrid olunmuş vəziyyətdə idi. İndi isə bu vəziyyətə sosial mediada yayımladığı üstüörtülü mesajlarla reaksiya verir".

Qeyd edək ki, "Kayzerslautern" hazırda 12 xalla Bundesliqa 2-də liderin 1 xal gerisində 2-cidir./Offsideplus.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!