“Eşitmişəm ki, Mahirin atası azarkeşlərin oğlunun yersiz tənqid etməsi haqda sosial şəbəkədə yazıb. Ancaq buna fikir vermirəm”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 23-cü turunda bu gün “Qəbələ”yə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Çalışdırıcı futbolçusunun sırf öz oyununa fikir verməli olduğunu bildirib:
“Mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Mahir öz oyunu və intizamı ilə azarkeşlərin rəğbətini qazanmalıdır”. pizza mizza
Qeyd edək ki, Mahirin atası Anar Mədətov oğlunun ötən tur "Sumqayıt"a iki qol vurduğu oyundan sonra sosial şəbəkə hesabında azarkeşlərə üzünü tutaraq "Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz. Bu gün 2 qol vurdu, bu da sizə cavab. Mahir özünün yaxşı futbolçu olduğunu göstərdi” yazmışdı.
Telegram kanalımız