Mahnılarımdan yalnız 2-si ürəyimcədir - Qalan hamısını zay etmişə

saytların hazırlanması

Evə çatdırılma

Mahnılarımdan yalnız 2-si ürəyimcədir - Qalan hamısını zay etmişə

Şou

17 İyul 2025 17:45 338


Əməkdar artist Nüşabə Ələsgərli ifa etdiyi mahnılar haqqında maraqlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb.

Sənətçi etiraf edib ki, illər ərzində 200-ə yaxın mahnı yazdırsa da, onlardan yalnız ikisi ürəyincə olub: Toyuqlu pizza

“İlk illərdəki Nüşabə ilə qarşılaşsaydım, deyərdim ki, mahnını qəşəng öyrən, sonra oxu. Tələsik, necə gəldi oxuma. 200 dənə mahnı yazdırmışam, içində 2 dənəsi xoşuma gəlir indi. Yerdə qalanını zay etmişəm. Səbəb də o olub ki, ciddi yanaşmamışam”, – deyə o bildirib.

Ələsgərli qeyd edib ki, daim toylar və çıxışlar səbəbindən studiyada mahnılara vaxt ayıra bilməyib:

“30 günün 30-da evdə olmamışam. Toylara getmişəm. Bu da ifalarıma təsir edib. Arada boş vaxtım olanda da mahnı oxumuşam. İndiki ağlım olsa, studiyada vaxt götürdüyüm günə toy götürməzdim. Mahnını tam öyrənib, sonra oxuyardım. Şeiri deməyə nə var, əsas olan duyğunu ötürməkdir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!