Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.
"Yeni Sabah" xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.
Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb. Toyuqlu pizza
13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub.
Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.
/baku.ws
Telegram kanalımız