Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu - Video

Hadisə

28 İyun 2020 18:43 2723


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə mətbuat katibi özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb. pizza sifarişi

Mais Ağayev koronavirusa yoluxmasına baxmayaraq pozitivliyini qorumağa çalışdığını deyib:

“Biz inanırıq ki, virusa qalib gələcəyik. Çünki dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir. Avtobusda bir sərnişinin məsuliyyətsiz davranışı ictimai nəqliyyatın fəaliyyəti baxımından ciddi bir riskdir”.

O, hər kəsi ehtiyatlı olmağa çağırıb:

“Sabah mənim kimi sürücülər də, qarajlarda çalışanlar da yoluxa bilər. Belə olan təqdirdə marşrut şəbəkəsinin fəaliyyətinin dayandırılması qaçılmaz olacaq. Ona görə də çalışın sağlam qalın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!