Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim”, - deyə o yazıb. Sezar pizza
M.Musayev 2021-ci ildən etibarən bu vəzifəni icra edirdi. O, daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.
Aytac Əliyeva
Telegram kanalımız