“Makarov“ satmaq istərkən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Makarov“ satmaq istərkən saxlanıldı

Kriminal

20 Yanvar 2023 12:57 724


Paytaxtın Nəsimi rayonunda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 19-cu polis şöbəsinə əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd“Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

İlqar Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!