Makedoniya NATO-ya üzvlüklə bağlı protokolu imzalayacaq

saytların hazırlanması

Evə çatdırılma

Makedoniya NATO-ya üzvlüklə bağlı protokolu imzalayacaq

Dünya

28 Yanvar 2019 22:58 1296


Şimali Makedoniya Respublikası hökuməti yaxın günlərdə ölkənin NATO-ya üzv qəbul olunması üçün protokola imza atacaq.

Bu barədə ölkənin xarici işlər naziri Nikola Dimitrov məlumat verib.

O, sənədin daha sonra NATO ölkələrinin parlamentləri tərəfindən təsdiq olunacağını diqqətə çatdırıb. pizza

Qeyd edək ki, bu gün Skopyeyə gələn Litvanın xarici işlər naziri Linas Linkyaviçyusla makedoniyalı həmkarı Avro-Atlantika İnteqrasiya Mərkəzinin konfransında iştirak ediblər.

“Bu həftə, yaxud gələn həftənin əvvəlində NATO-ya daxil olmaq barədə protokol imzalanmalıdır. Sonra da Yunanıstan parlamentinə təsdiq olunması üçün qaytarılmalıdır. Ümidvaram ki, dostlarımız, birinci olaraq da Litvadakılar öz qanunyaradan məclislərində protokolu təsdiq edərlər”, - makedoniyalı nazir jurnalistlərə bildirib.

Bundan əvvəl Makedoniya parlamenti ölkə adının dəyişdirilməsini təsdiq etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!