"Ciddi ərzaq böhranı riskinə kollektiv cavab tapmalıyıq”.
Yenisabah.az xəbər Elize Sarayının “Twitter” səhifəsində istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Makron mayın 13-də argentinalı həmkarı Alberto Fernandeslə danışıqlar aparıb: Sezar pizza
“Biz bu münaqişənin nəticələrinə, o cümlədən Şimali Afrika və Yaxın Şərqin bazarları üçün ciddi ərzaq böhranı riskinə kollektiv cavab tapmalıyıq”.
O, Argentina prezidenti ilə danışıqlar zamanı Ukraynadakı vəziyyəti və münaqişənin qlobal nəticələrini müzakirə etmək niyyətində olduğunu bildirib:
“Biz təkcə ərzaq deyil, həm də enerji təhlükəsizliyini müzakirə etməliyik”.
Argentina lideri Fransa prezidenti ilə razılaşıb ki, Argentina və Fransa bir çox məsələlərdə ortaq anlaşmaya malikdir: “Dünyanın ərzaq və enerji təhlükəsizliyinə ehtiyacı var”.
Telegram kanalımız