“Makron fransızdır...” – Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Makron fransızdır...” – Rəsul Quliyev

Siyasət

16 Dekabr 2021 17:10 2652


“Azərbaycan və Erməmistan öz aralarında bütün məsələləri müzakirə edib müəyyən razılıqlar əldə etdikdən sonra Fransa prezidentin yenidən onun iştirakı ilə Prezident Əliyev və Baş nazir Paşinyanın görüşünü təşkil etməsi şübhə doğuran məsələdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev deyib.

Onun fikirincə bu görüşün əsas təşkilatçısı Vladimir Putindir: “Brüssel görüşləri qabağı Makron və Putin Qarabağ məsələsini müzakirə etmişdilər. Putinin təşəbbüsü ilə...  pizza hut

Nə üçün mən bu qənaətə gəlmişəm? 

1. Makron fransızdır. Yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna inanır. Fransız liderləri həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub o da Korsikalı Bonopart Napaleondur.

2. Həddən artıq bic ağıl sahibi olan Putin onun zəif damarını tutub. Ona Merkel gedəndən sonra Avropanın rəhbəri sənsən deyib. Səninlə razılaşdırımamış heç bir qərar Aİ-də qəbul edilməməlidir deməklə Makronu belə ağılsız hərəkətə yönəldib. 

3. Makron Ərdoğanla düşməndir və çox asanlıqla erməni türk sazişini pozmağa ümid edir.

Prezident Əliyev bu yazdıqlarımı çox gözəl bilir, Makronun Putinin tapşırığını yerinə yetirməyə imkan verməyəcək. Ümid edirəm ki, Paşinyan da Makronun pozuculuq siyasətinə qulaq asmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!