Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolzla danışıqlar aparmaq üçün mayın 9-da Berlinə səfər etməyi planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bu barədə Elize sarayı məlumat yayıb.
İkinci müddətə seçilən Makronun administrasiyası “Fransa prezidentinin andiçmə mərasimindən sonra ilk səfər Berlinə ediləcək ki, bu da Fransa-Almaniya əlaqələrinin gücünü bir daha vurğulayır”. Marqarita pizza
Bəyanatda bildirilir ki, prezident və kansler xüsusilə Ukraynadakı vəziyyət və Avropa suverenliyi üçün çağırışlarla bağlı məsələləri müzakirə edəcəklər.
Telegram kanalımız