Fransa prezidenti Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək niyyətində olduğunu açıqlayıb.
Yenisabah.az “France-Presse”ə istinadla xəbər verir ki, bu barədə o, Kişineuda keçirilən sammit sonrası jurnalistlərə açıqlamasında deyib.
“Biz iki tərəf arasında nizamlanma prosesini davam etdirmək və Ermənistan və Azərbaycan arasında sülh münasibətlərini inkişaf etdirmək üçün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, eləcə də Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşdük”. Sezar pizza
Makronun sözlərinə görə, nizamlanma çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunmasına və milli azlıqların hüquqlarına hörmət edilməsinə nail olmaq lazımdır.
Fransa prezidenti deyib ki, o və vəzifədaşları bunu çox vacib məsələ hesab edirlər.
Telegram kanalımız