Makron Paşinyana niyə əsəbiləşdi?  

saytların hazırlanması

Evə çatdırılma

Makron Paşinyana niyə əsəbiləşdi?  

Siyasət

28 İyun 2023 11:49 1537


İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra Emmanuel Makron qəzəblə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə Artur Torosyana istinadla erməni mediası yazıb.

Bildirilib ki, Makronun belə deməsinin səbəbi Qarabağın gələcəyi ilə yalnız onun maraqlanmasıdır, digərlərinin (Olaf Şolts, Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan) isə Qarabağla bağlı mövqeləri, demək olar ki, eynidir: pizza mizza

“Makrondan başqa hamı Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edib”.

Fransada nəşr olunan “ArmActu” nəşri Makronun “qəzəbinin səbəbini” daha ətraflı təqdim edib:

“Fransa Prezidenti Emmanuel Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyanla telefon əlaqəsi saxlaması barədə məlumat doğrudur. Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitində Moldovada erməni maraqlarını müdafiə edən yeganə şəxs olub. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın tərəfindədir. Paşinyan isə özünü çox özünəməxsus, çox qapalı və çox zəif göstərib.

Prezident (Makron- red.) təyyarəsinə minəndən dərhal sonra Murad Papazyana zəng edib. Makron sammitin (Kişinyovda keçirilən beştərəfli görüş – red.) keçirilməsindən çox narazı idi. O, praktiki olaraq sammitdə erməni maraqlarını müdafiə edən yeganə şəxs olub. Qarabağ ermənilərinin maraqlarının yeganə müdafiəçisi olmaq Prezident Makronu çox naqolay vəziyyətə salıb”.

Qeyd edilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ və anklavlar da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıdığını elan edib. Bu vəziyyətdə Makron görüşdə öz iddiaları ilə özünü pis vəziyyətə salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!