Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, erməni nazir bu barədə özünün “X” hesabında paylaşım edib.
Paşinyan Makronla söhbətini “gözəl” adlandırıb. pizza hut
“Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, – Ermənistanın Baş naziri bildirib.
Qeyd edək ki, noyabrın 9-da iki ölkə liderinin görüşü baş tutub. Noyabrın 10-da isə Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib. Onun daha sonra panel müzakirəsinə qatılacağı bildirilib.
Telegram kanalımız