Makrona sui-qəsd etmək istəyənlərə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Makrona sui-qəsd etmək istəyənlərə hökm oxundu

Siyasət

18 Fevral 2023 18:30 869


Fransa məhkəməsi ifrat sağçı qrupun üç üzvünü prezident Emmanuel Makrona sui-qəsddə təqsirli bilib.

Yenisabah.az xəbər verir ki, onlar bir ildən üç ilədək müddətə azadlıqdan məhrum ediliblər.

İttiham tərəfinin dediyinə görə, “Les Barjols” kimi tanınan radikal millətçi qrupun üzvləri dövlət çevrilişi etməyi planlaşdırıblar. pizza sifarişi

Onlar Fransa prezidentinə qarşı sui qəsdi Fransanın Birinci Dünya Müharibəsinin bitməsi ilə əlaqədar təşkil etdiyi təntənəli tədbirdə həyata keçirməyi planlaşdırıblar.

Onlar bıçaqla silahlanıb və Fransa Prezidentini soyuq silahla öldürmək istəyiblər.

Ekstremistlərin vəkilləri qruplaşmanın dəqiq fəaliyyət planının olmadığına təkid edirdilər.

Buna baxmayaraq, Fransa məhkəməsi hər üç şəxsi terror aktı hazırlamaq üçün sui-qəsddə təqsirli bilib və onları bir ildən üç ilə qədər müddətə azadlıqdan məhrum ediliblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!