Makrondan Putinə: Nömrəm dəyişməyib!

saytların hazırlanması

Evə çatdırılma

Makrondan Putinə: Nömrəm dəyişməyib!

Siyasət

15 Dekabr 2023 23:10 957


Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. 

Axar.az xəbər verir ki, Makron bu barədə AB sammitinin yekunlarına dair mətbuat konfransı zamanı deyib. 

“Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək”, - Makron deyib.  Pepperoni pizza

"Telefon nömrəm dəyişməyib", - Fransa prezidenti əlavə edib. 

Qeyd edək ki, Rusiya prezidenti ilin yekunları ilə bağlı keirdiyi mətbuat konfransında bildirmişdi ki, Makronla yaxşı münasibətləri olub, amma sonradan Fransa prezidenti əlaqələri kəsib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!