Makronun “açıq-saçıq” fotosu gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

Makronun “açıq-saçıq” fotosu gündəm oldu

Dünya

19 Aprel 2022 07:12 1084


Aprelin 24-də Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Emmanuel Makron və Marin Le Pen təbliğat kampaniyalarını tam sürətlə davam etdirirlər.
 

Son rəy sorğularına görə, Makron Le Peni az fərqlə qabaqlayır.

Diqqətini daha az səs topladığı bölgələrdə cəmləşdirən 44 yaşlı Makronun həftəsonu çəkdirdiyi foto ölkədə müzakirələrə səbəb olub.

Seçki kampaniyasının gedişində dincələn zaman çəkilən fotoda Fransa liderinin köynəyinin yuxarı düymələri açıq qalıb. Prezidentin rəsmi fotoqrafı tərəfindən çəkilmiş fotoşəkillərdə Makronun sinəsi görünür ki, bu da sosial mediada birmənalı qarşılanmayıb. Toyuqlu pizza

Siyasi analitiklərin fikrincə, dövlət başçısının bu obrazı gənc seçicilər arasında Le Penə dəstəyin artması ilə bağlıdır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!