Emmanuel Makronun andiçmə mərasimi mayın 7-də baş tutacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Qabriel Attal məlumat yayıb.
İnauqurasiya Elise sarayında keçiriləcək. Toyuqlu pizza
Aprelin 27-də Fransa Konstitusiya Şurası Makronun yenidən respublika prezidenti seçilməsini rəsmən təsdiqləyib, onun yeni mandatı mayın 14-də başlayacaq.
Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar. Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.
Telegram kanalımız