Mal-qara oğurlayanlar saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Mal-qara oğurlayanlar saxlanılıb

Kriminal

18 Fevral 2019 15:36 924


Saatlıda mal-qara oğurlayn şəxslər saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. 

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıb. Marqarita pizza

Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!