Mal və qoyun ətindən çox istifadənin fəsadları

saytların hazırlanması

Evə çatdırılma

Mal və qoyun ətindən çox istifadənin fəsadları

Sağlamlıq

27 Oktyabr 2020 09:05 1743


Şəkərdən, mal və qoyun ətindən həddən artıq istifadə xərçəng xəstəliyinin inkişafı riskini artırır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Xalqlar Dostluğu Universitetinin Cərrahiyyə və Onkologiya Kafedrasının rəhbəri, professor, tibb elmləri doktoru Konstantin Titov bildirib.

Həkim qeyd edib ki, şəkərdən normadan artıq istifadə piylənməyə imkan yaradır. Bu təkcə hipertoniya xəstəliyinə deyil, həmçinin ikinci növ şəkərli diabetə də gətirib çıxarır. Sonuncunun fonunda isə tez-tez xərçəng xəstəliyi meydana çıxır. pizza sifarişi

"Bədxassəli şişlər: süd vəzisi, mədəaltı vəzi xərçəngi və sair tez-tez yaranır", - Titov bildirib.

Mütəxəssis qeyd edib ki, şişlərin inkişafı üçün çeşidli “qidalanmalar” lazımdır və qlükoza bunun üçün əlverişlidir. O, həmçinin xəbərdarlıq edib ki, şəkərli diabetə görə mədəaltı vəzi hüceyrələri insulinin ifrazını dayandıra bilər.

Onkoloqun sözlərinə görə, mal və qoyun əti xüsusilə qızardılmış növdə daha çox kanserogen maddələrdən ibarətdir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!