Müğənni Dilarə Kazımova "Zaurla Günaydın" verilişində çoxlarını təəccübləndirəcək, şahidi olduğu hadisədən danışıb.
“Yeni Sabah” xəbər verir ki, cazibədar müğənni istirahət üçün getdiyi Maldiv adalarında bir restoranda azərbaycanlı məşhur balaban ustası Əlixan Səmədovun ifasında "Sən gəlməz oldun" musiqisini eşitdiyini bildirib.
Dilarənin bu açıqlamasına Zaurun reaksiyası gecikməyib: "Niyə? Elə, 90 faiz villalar azərbaycanlılarındır da! Bizimkilərin adınadır da, vallah".
Aparıcının açıqlaması hər kəsin gülüşü ilə qarşılanıb.
Telegram kanalımız