Manama-Bakı reysi bərpa olunur

saytların hazırlanması

Evə çatdırılma

Manama-Bakı reysi bərpa olunur

Turizm

23 Dekabr 2021 13:33 6847


2022-ci ilin 6 yanvar tarixindən Bəhreyn Krallığının milli aviadaşıyıcısı "Gulf Air" şirkəti paytaxt Manamadan Bakıya birbaşa reyslərini bərpa edəcək.

Yenisabah.az xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

"Gulf Air"in icraçı direktoru Vəlid Əl-Ələvi bildirib ki, aviaşirkət 2018-ci ildən bəri Bəhreynlə Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu aviareys "Gulf Air" şəbəkəsi daxilində ən populyar istiqamətlərdən biri olub. Toyuqlu pizza

Qeyd edək ki, hazırda COVID-19 pandemiyası səbəbi ilə "Gulf Air" pandemiyadan əvvəlki reyslərinin 80%-dən bir qədər çoxunu həyata keçirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!