İngiltərə Premyer Liqasında təxirə salınmış 3 oyun keçirilib.
“Yeni Sabah” xəbər verir ki, 27, 31 və 33-cü turun qarşılaşmalarında “Çelsi” doğma meydanında “Brayton”u qəbul edib. Ev sahibləri 3 cavabsız qolla qonaqları məğlub edib. “Kristal Palas” “Tottenhem”in qonağı olub. Burada sevinən tərəf meydan sahibləri olub: 2:0. Günün son görüşündə isə “Mançester Siti” isə “Kardiff”i qəbul edib. Görüş “şəhərlilər”in 2 cavabsız qolu ilə yekunlaşıb.
Bu nəticədən sonra xalını 80-ə çatdıran "Mançester Siti" liderliyi yenidən ələ keçirib. "Liverpul" 79 xalla 2-ci, "Tottenhem" isə 64 xalla 3-cüdür. Pepperoni pizza
3 aprel İngiltərə Premyer Liqası. 27-ci tur
“Çelsi” – “Brayton” – 3:0
Qollar:Jiru, 30, Azar, 60, Loftus-Çik, 63
31-ci tur “Tottenhem” – “Kristal Palas” – 2:0
Qollar:Son Hun Min, 55, Eriksen, 80
33-cü tur tur “Mançester Siti” – “Kardiff” – 2:0
Qollar:De Brüyne, 6, Sane, 44
Telegram kanalımız