Mansur Yavaşdan Sinan Oğana cavab: Vəzifə istəyirdiniz...

saytların hazırlanması

Evə çatdırılma

Mansur Yavaşdan Sinan Oğana cavab: Vəzifə istəyirdiniz...

Siyasət

26 May 2023 13:05 801


Türkiyədə Ankara bələdiyyəsinin sədri, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə vitse-prezident olacaq Mansur Yavaş ilk turda "ATA İttifaqı"nın namizədi olmuş, sonradan Kılıçdaroğlu və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla ikinci turla bağlı danışıqlar aparan və nəticədə Ərdoğanı dəstəkləyəcəyini elan edən Sinan Oğanın dünən TRT-nin efirində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, Yavaş bu barədə tviter səhifəsində yazıb.

Belə ki, Oğan efirdə bunları demişdi: "Müzakirələr zamanı Kılıçdaroğludan heç bir tələbim olmadı. O, seçkiləri qazanacağına dair məni razı salacaq heç bir şey demədi". pizza mizza

Yavaş Oğana cavabında belə yazıb: "Xeyr, Sinan bəy. Cənab Kılıçdaroğludan vəzifə tələbiniz oldu. Həm də "elektoratımı razı salmaq üçün ictimaiyyətə elan olunmalıdır, əks təqdirdə onları sizə səs vermək üçün yola gətirə bilmərəm" demişdiniz. "Cümhur İttifaqı"ndan isə belə bir tələbiniz olduğunu eşitmədik. İndi mənə maraqlıdır ki, görəsən elektoratınızı necə razı salacaqsınız"./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!