Matviyenko: “Rusiya vasitəçilik səylərini davam etdirəcək“

saytların hazırlanması

Evə çatdırılma

Matviyenko: “Rusiya vasitəçilik səylərini davam etdirəcək“

Siyasət

28 Oktyabr 2022 12:16 683


"Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərini davam etdirəcək".

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Matvienko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O bildirib: "Rusiya vasitəçi rolunda çıxış edib, fəaliyyət göstərir və dəstək verəcək ki, iki dövlət sülh müqaviləsinin imzalanmasına nail olsunlar". Pepperoni pizza

Matviyenko xatırladıb ki, Rusiya prezidenti “Valday” konfransında çıxışı zamanı Rusiyanın regionda sülhün bərqərar olmasına və təbii ki, hər iki ölkənin maraqlarına xidmət edəcək istənilən qərarı dəstəkləyəcəyini bildirib:

"Həm Ermənistan, həm də Azərbaycan sərhədlərin demarkasiyası və problemli məsələlərlə bağlı həll yollarını tapmalıdır".

V. Matviyenko qeyd edib ki, həmin məqsədə çatmaq üçün parlament əməkdaşlığından da istifadə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!