Maradonaya həsr olunan mavzoley layihəsi dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Maradonaya həsr olunan mavzoley layihəsi dayandırıldı

İdman

26 Noyabr 2025 15:26 958


Buenos Ayresin mərkəzində argentinalı hücumçu Dieqo Maradonaya həsr edilmiş mavzoleyin tikilmə layihəsi dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, “La Nacion” qəzetinin verdiyi məlumata görə, tikilinin reallaşma inkişaf mərhələsində olsa da, uzun müddətdir ki, heç bir iş görülməyib.

Qeyd edək ki, layihənin veb-saytı fəaliyyətini davam etdirir və mavzoleyin tikintisi üçün ianələri qəbul edir. Sezar pizza

2024-cü ilin oktyabr ayında məhkəmə Maradonanın qızlarına futbolçunun nəşinin bu ilin sonunda tamamlanması planlaşdırılan məqbərəyə köçürməsinə icazə verib. Maradona Buenos Ayresin ətrafındakı şəxsi qəbiristanlıqda dəfn olunub.

Əfsanəvi futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!