Mardan Palace şok qiymətlərlə fəaliyyətə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Mardan Palace şok qiymətlərlə fəaliyyətə başlayır

Dünya

04 Fevral 2019 23:02 1215


Telman İsmayılovun beş ulduzlu Mardan Palace hoteli aprelin 25-də fəaliyyətə başlayacaq.

Bu barədə Rusiya Tur Operatorları Birliyi məlumat yayıb. Bildirilir ki, hotelə müştəri cəlb edilməsi üçün Rusiyanın bir neçə turizm şirkəti ilə danışıqlar aparılıb.

Mövcud qiymətlərə baxdıqda Mardan Palace hotelinin Antaliyanın digər beşulduzlu hotelləri ilə müqayisədə daha bahalı olduğu iddia edilir. Sezar pizza

Corel Traveldə hotelin ən çox müraciət edilən otaqlarının (premium otaqlar) 7 gecəlik paket turunun qiyməti 263 min 723 rubldur (təxminən 7000 manat). Kral dairəsinin 7 gecəlik paketinin qiyməti isə 2 milyon 188 min 743 rubldur (təxminən 60 min manat).

Tələbi müəyyənləşdirməyin hələ çox tez olduğu bildirilir, lakin turizm şirkətləri artıq may ayı üçün müraciətlərin olduğunu bildirirlər.

Qeyd edək ki, Telman İsmayılov Mardan Palace Hotelini 2009-cu ildə atasının 100 illik yubileyi münasibətilə tikdirib. 2015-ci ildə hotel 360.5 milyon lirəyə (təxminən 117 milyon manat) hərrac yolu ilə Halkbanka satılıb. Əvvəlcə isə hotelin qiyməti 719 milyon lirə (təxminən 234,5 milyon manat) məbləğində dəyərləndirilmişdi.

2017-ci ildə hotel turist azlığı səbəbindən fəaliyyətini dayandırmışdı. İlin sonunda borc səbəbindən hotelin elektrik və suyu kəsilmiş, mühafizəçilərdən başqa qalan personal maaşlar verilmədiyi üçün istefa vermişdilər.

Qaynar.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!