Mariupol təslim olur: Ukrayna hərbçiləri “Azovstal”ı tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Mariupol təslim olur: Ukrayna hərbçiləri “Azovstal”ı tərk edir

Dünya

17 May 2022 15:22 910


Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda yerləşdirilən Ukrayna hərbçiləri fabrikin katakombalarını tərk edir, bu isə şəhərin tamamilə Rusiyanın nəzarətində olması deməkdir. Hərbçilər 5 avtobusun müşayiəti ilə Novo-Azovska yola düşüblər.

Yenisabah.az xəbər verir ki, təxliyə edilənlərin çoxu yaraladır. Bildirilib ki, 53 yaralı Novo-Azovsk xəstəxanalarına çatdırılıb. Daha 211 ukraynalı hərbçi Olenivkaya köçürülüb və onların qaytarılması ilə bağlı mübadilə prosesi aparılacaq. Maraqlıdır ki, Ukrayna hərbçiləri faktiki olaraq təslim olsa da, Kiyev “təslim olmaq” ifadəsini işlətməkdən çəkinir.

Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərin həyatının onun üçün vacib olduğunu bildirib və ordu kəşfiyyatına, eləcə də Qırmızı Xaç və BMT-yə təşəkkür edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!