“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşündən imtinası müəyyən tendensiya formalaşdırıb”.
Yenisabah.az “Bunin & Co” “Telegram” kanalına istinadla xəbər verir ki, bu fikri rusiyalı politoloq Sergey Markedonov bildirib.
Onun fikrincə, Azərbaycan bütün vasitəçilərin onun nizamlanma variantını əsas götürməsində maraqlıdır. Rəsmi Bakı bu xətti bütün istiqamətlərdə tətbiq etməyə çalışır: Dördpendirli pizza
“Oktyabrda Azərbaycan prezidenti Fransanın ermənipərəst mövqeyindən şikayət edib. Noyabrda isə Bakı nümayəndələri ABŞ-ın yanaşmalarının birtərəfli olduğunu bildirdilər. Hər şey ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Konqresdə Vaşinqtonun Azərbaycana hərbi yardımı dayandırdığını və bir sıra mühüm səfərləri ləğv etdiyini elan etməsindən sonra başlayıb. Dövlət Departamentinin nümayəndəsi Amerika hökumətinin bütün bu addımlarını İrəvanla Bakı arasında aparılan danışıqlarda irəliləyişin olmaması ilə izah edib.
Politoloqun qənaətinə görə, O`Brayen onu da vurğulayıb ki, ABŞ dəfələrlə Bakıya Ermənistana qarşı sərt hərəkətlərin də qəbuledilməz olduğuna dair xəbərdarlıq edib:
“Ermənistan hökuməti ABŞ və Fransanın ritorikasını müsbət qarşılayır. Hətta qeyd olunur ki, Moskvadan heç bir aydın təklif yoxdur. Halbuki bu gün Ermənistanın təhlükəsizliyinə Rusiya Federasiyası zəmanət verir. Belə zəmanətlərin keyfiyyəti müzakirə oluna bilər, lakin Qərb yalnız bəyanatlar verir, amma real mexanizmlər yoxdur”.
Markedonov xatırladıb ki, iki Qafqaz dövləti xarici işlər nazirlərinin son görüşü 2023-cü il iyunun sonunda ABŞ paytaxtında baş tutub. Amma həmin görüş Qarabağda sentyabr müharibəsindən əvvəl olub və köhnə reallıqları əks etdirib:
“Bu gün Bakı özünü qalib kimi hiss edir. O, əcnəbi oyunçuların iradları ilə razılaşmır. Azərbaycan Qərbin vasitəçiliyinə qarşıdır”.
Telegram kanalımız